“Rusiyanın addımları nəticəsində 165-dən çox gəmi Bosfor boğazında qalıb” - Ukrayna XİN

25-10-2022, 00:02           
“Rusiyanın addımları nəticəsində 165-dən çox gəmi Bosfor boğazında qalıb” - Ukrayna XİN
Rusiyanın addımları nəticəsində hazırda 165-dən çox gəmi Bosforda qalıb və onların sayı hər gün artır. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiyanın addımları qlobal ərzaq təhlükəsizliyinə zərbə vurur. Yoxlamaların gecikməsi Ukraynanın əlavə 3 milyon ton taxıl ixrac etməsinə mane olub”, - bəyanatda bildirilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunub ki, dünyada 10 milyon insan Rusiyanın siyasi iddiaları ucbatından vaxtlı-vaxtında qida əldə edə bilməyib: “Ukrayna beynəlxalq ictimaiyyəti, xüsusilə Afrika və Asiya ölkələrini Rusiyadan gəmilərin yoxlanılması prosesini gecikdirməsini dərhal dayandırmağı tələb etməyə çağırır. Biz Kremli milyonlarla insanı öz siyasi oyunlarının girovuna çevirməsinə imkan verməməliyik”,

Ukrayna artıq İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzinin Katibliyinə bu məsələnin təcili həll olunması, xüsusən də Bosfor boğazında müfəttişlərin sayının artırılması ilə bağlı müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru