Rusiya Yaxın Şərqdən yaraqlılar cəlb edir

25-10-2022, 00:15           
Rusiya Yaxın Şərqdən yaraqlılar cəlb edir
Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Yaxın Şərqdən yaraqlılar cəlb edir.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, Kremldə silah çatışmazlığı ilə yanaşı, hərbi kadr çatışmazlığı da yaşanır.

Belə ki, yeni əsgər axtarışında Rusiya ordusunun ali rəhbərliyi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Yaxın Şərqdən yaraqlıları cəlb edir.

"Əvvəllər yazmışdıq ki, Rusiyanın “Vaqner” PMC-dən olan muzdluların əksəriyyəti silah aldıqdan sonra bölmələri tərk edərək Rusiya Federasiyası ərazisinə qayıtmaq üçün fürsət axtaran məhbuslardır" - deyə məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru