"Rusiya Ukraynaya 1 trilyon dollara qədər təzminat ödəməlidir" — ABŞ-ın keçmiş səfiri
25-10-2022, 08:24
Rusiya Ukraynada törətdiyi müharibə cinayətlərinə və dağıntılara görə cavab verməli və Ukraynanın bərpası üçün 750 milyard dollardan 1 trilyon dollara qədər təzminat ödəməlidir .
Demokrat.az xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı keçmiş səfiri, ABŞ Sülh İnstitutunun vitse-prezidenti Uilyam Teylor beynəlxalq Krım platformasının birinci parlament sammiti zamanı deyib.
"Rusiya Ukraynada törətdiyi hərbi cinayətlərə və təcavüzün yaratdığı dağıntılara görə pislənməlidir. Məhkəmə olmalıdır, təzminat ödənilməlidir. Ukraynanın bərpası üçün 750 milyard dollar, hətta bir trilyon dollara qədər pul ödənilməlidir və bunun ən azı 300 milyard dolları Mərkəzi Bankın dondurulmuş aktivlərindən gəlməlidir" -deyə o bildirib.