Rusiya ordusu Donbasdakı 4 yaşayış məntəqəsindən çıxarıldı
25-10-2022, 08:34
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu Luqansk vilayətinin Karmazinovka, Myasojarovka və Nevskoye və Donetsk vilayətinin Novosadovo yaşayış məntəqələrindən sıxışdıraraq çıxarıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, Ukrayna ordusu son sutka ərzində Spirnoye, Soledar, Baxmut, Andreyevka, Maryinka və Pervomayskoye yaşayış məntəqələri ərazilərində hücumları dəf edib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində 90-dan çox yaşayış məntəqəsini işğaldan azad etdiyi bildirilmişdi.