Boris Conson qayıtmaq üçün imtina etdsi...
25-10-2022, 08:48

Rişi Sunak Britaniyanın Baş Naziri oldu - Britaniya ən köklü, oturuşmuş, ənənələri çox dərin olan ölkələrdən biridir, sözün əsl mənasında hökumət və dövlət ayrı-ayrı anlayışlardır.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq deyir:
Baş Nazirin kimliyindən asılı olmayaraq Britaniyanın xarici siyasəti, dövlət hədəfləri, artıq qurulmuş "de-facto" və "de-jure" ittifaqları dəyişməyəcək - bu mənada Sunakın Baş Nazir olması Azərbaycanla münasibətlərə də təsirsiz olacaq. Onun etnik olaraq hindistanlı olması son zamanlar Hindistan - Ermənistan münasibətlərinin isinişməsi fonunda London ilə Bakının münasibətlərinə mənfi təsir göstərə biləcəyini deyənlər yanılırlar - o ilk növbədə Britaniyalıdır.
Amma, düşünürəm ki, Rişi Sunak da çox kiçik müddətdə baş nazir olacaq, çox güman, gələn ilin ilk yarısında Britaniyada növbədənkənar Parlament seçkiləri keçiriləcək.
Məncə, Boris Consonun indiki şəraitdə Baş Nazir olmaqdan ona görə imtina etdi ki, seçkilərdə Mühafizəkarlar Partiyasının lideri kimi geri dönməyə şansı qalsın...
Teref.az