Partiya qurultayından sonra Çinin ən zəngin şəxsləri 9 milyard dollar itiriblər

25-10-2022, 07:48           
Partiya qurultayından sonra Çinin ən zəngin şəxsləri 9 milyard dollar itiriblər
Si Cinpinin üçüncü müddətə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsindən sonra Çinin ən varlı adamları şirkət səhmlərinin ucuzlaşması nəticəsində 9 milyard dollar itiriblər.

“Tencent” telekommunikasiya holdinqinin təsisçisi Ma Huaten və əczaçılıq biznesinin sahibi Çjun Şanşan oktyabrın 24-də Honq Konq birjasının açılışı zamanı hər biri 2 milyard dollar zərərə uğrayıblar.

Qeyd edək ki, maliyyə bazarlarında Si Cinpinin üçüncü müddətə seçilməsi şəxsi biznesin sıxışdırılması siyasətinin davamı kimi qiymətləndirilib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru