Rusiya vətəndaşlarının Çexiyaya girişi qadağan olundu

25-10-2022, 08:42           
Rusiya vətəndaşlarının Çexiyaya girişi qadağan olundu
Çexiya Rusiya vətəndaşlarının qısamüddətli Şengen vizası ilə ölkəyə girişinə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, qərar bütün turist vizalarına şamil edilir. İndi Şengen zonasının xarici sərhədləri, yəni beynəlxalq hava limanları vasitəsilə Çexiyaya gələn Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək.

İş və ya müalicə məqsədilə respublikaya səfər edən sərnişinlər üçün istisna mövcuddur. Həmçinin, məhdudiyyət Çexiyada və ya digər Aİ ölkəsində yaşamaq icazəsi olanlara şamil edilmir.

Sərnişin deportasiya edildikdə onun geri qaytarılması xərcləri aviaşirkət tərəfindən ödənilir. Bundan əlavə, daşıyıcını cərimə gözləyir.

Xatırladaq ki, qərarı Çexiyanın xarici işlər naziri Yan Lipavski elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru