Bosniya və Herseqovinanın Aİ-yə üzvlük üçün namizəd statusu təsdiqlənib
16-12-2022, 10:04
Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinaya namizəd statusunun verilməsini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Bosniya və Herseqovina Avropa İttifaqına üzv olmaq üçün hələ 2016-cı ilin fevralında müraciət edib.
Xatırladaq ki, oktyabrda Avropa Komissiyası tərəfindən Bosniya və Herseqovina Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə olunub.