Senat 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi

16-12-2022, 09:02           
Senat 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi
ABŞ Senatı ölkənin 2023-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini 858 milyard dollar məbləğində təsdiqləyib.

Teref.az xəbər verir ki, sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.

Qanun layihəsi, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Rusiyaya qarşı yönəlmiş Avropada məhdudlaşdırma təşəbbüsü üçün 6 milyard dollar nəzərdə tutur.

Bundan əlavə, büdcə layihəsində Asiya-Sakit okean regionunda müdafiənin təşkili üçün 11,5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.

2022-ci maliyyə ili üçün müdafiə büdcəsi 778 milyard dollar təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru