Bayden kimlər tərəfindən idarə olunur?

16-12-2022, 13:05           
Bayden kimlər tərəfindən idarə olunur?
İddialara görə ABŞ prezidenti Co Bayden ölkəni faktiki idarə edən gənc ətrafının təsiri altına düşüb.

Publika.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Qreq Qetfild "Fox News" kanalında bildirib .

“Baydenin ətrafındakı insanlar gəncdir və real həyatdan uzaqdır. Onlar təkəbbürlü, təcrübəsiz və pisdirlər. Onlar Amerikanı yaxşılığa doğru dəyişmək istəmirlər”, - deyə aparıcı bildirib.

Qetfild vurğulayıb ki, Bayden yaşına görə ölkəni təkbaşına idarə edə bilmir.

Oktyabr ayında amerikalı iş adamı Elon Mask “Financial Times”-a verdiyi müsahibədə ABŞ-ın hazırkı prezidenti Co Baydeni ikinci prezidentlik müddəti üçün çox yaşlı hesab etdiyini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru