Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib

17-12-2022, 08:38           
Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib
Rusiyaya qarşı sanksiyalar genişləndirilib

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib. AYNA "Report"a istinadən xəbər verir ki, siyahıda “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov, məşhur teleaparıcı Marina Kim, müğənni Qriqori Leps, tərcüməçi, publisist Dmitri Puçkov və ssenarist, aktyor, RSFSR xalq artisti , Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkov yer alıb.

Eyni zamanda Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Bundan əlavə, Avropa İttifaqı “Moskva Kredit Bankı”, “Ümumrusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı” daxil olmaqla “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası”, “Kommunist Partiyası”, “Ədalətli Rusiya” və “Yeni İnsanlar” partiyalarına qarşı sanksiyalar tətbiq edib.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova, elm və ali təhsil naziri Valeri Falkov, bir neçə qubernator və konstitusiya məhkəməsinin 20 üzvü, həmçinin Rusiya Dövlət Dumasının 40 deputatının adı da “qara siyahı”ya düşüb.

Rusiyanın Silahlı Qüvvələri və onların bütün növləri, həmçinin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sanksiyalar siyahısına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru