İranlı ayətullah xalqdan üzr istədi

17-12-2022, 08:48           
İranlı ayətullah xalqdan üzr istədi
İranın tanınmış din xadimi Muhəqqiq Damad xalqdan üzr istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Nisbətən yaşlı bir din xadimi kimi mən bütün İran xalqından üzr istəyirəm. Biz islam əxlaqını təbliğ və bugünkü nəsli mehriban, mərhəmətli və zorakılıqdan uzaq tərbiyə edə bilmədik”, - deyə o bildirib.

Şəhid Beheşti Universitetinin professoru və hüquqşünas, ayətullah Mustafa Muhəqqiq Damadın sözlərinə görə, ən qaranlıq və ən çətin zorakılıq - müqəddəs və dini motivlərlə törədilən zorakılıqdır; yəni Allahın adı ilə öldürüb, qul edib, baş kəsmək.

“Tarixdə bütün müharibələr zorakılıq nəticəsində baş verib. Müqəddəs zorakılıq qədər də acı bir zorakılıq yoxdur”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru