Misir Liviya sərhədini pozdu: Sərt reaksiya...

17-12-2022, 12:22           
Misir Liviya sərhədini pozdu:
Liviya Misirin iki ölkənin dəniz sərhədlərinin müəyyən edilməsi üçün qəbul etdiyi qərarı tamamilə rədd etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Liviya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Sözügedən qərar Liviyanın ərazi sularını və kontinental şelfini pozur. Misirin təyin etdiyi sərhədlər birtərəfli qaydada elan olunduğu üçün bu, beynəlxalq hüquqa görə ədalətsizdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) konvensiyasına və beynəlxalq hüququn prinsiplərinə əsasən, iki qonşu ölkə arasında dəniz sərhədləri hər iki tərəfin mənafeyini təmin edən danışıqlar yolu ilə əldə olunan razılaşma əsasında müəyyən edilməlidir. Liviya beynəlxalq hüquq çərçivəsində Misirin sözügedən qərarını tamamilə rədd edir. Misir hökumətinə dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı Liviya Milli Birlik Hökuməti ilə danışıqlara başlamağa çağırış edirik”, - bəyanatda vurğulanıb..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru