Məşhur dərman ürəyin dayanmasına səbəb ola bilir
Bu gün, 00:07

Danimarkalı kardioloqlar müəyyən ediblər ki, antidepressantların uzunmüddətli qəbulu qəfil ürək dayanması riskini xeyli artırır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, EHRA 2025 konqresində təqdim edilən araşdırmaya görə, psixi xəstəlikləri olan insanlarda qəfil ölüm halları ümumi əhali ilə müqayisədə iki dəfə çox müşahidə olunur və çox vaxt simptomların başlamasından bir saat ərzində baş verir.
Mütəxəssislər 2010-cu ildə 18–90 yaşlı danimarkalıların ölüm göstəricilərini araşdırıblar. 6002 qəfil ürək ölümü və 45 701 digər ölüm faktı təhlil edilib, həmçinin vəfat edənlərin antidepressant qəbul etmə müddəti nəzərə alınıb. Nəticələr göstərib ki, bu dərmanlardan istifadə edənlərdə qəfil ürək dayanması halları əhəmiyyətli dərəcədə daha çoxdur.
Təcrübəli evdar qadınlar qayğanağı belə bişirir: mükəmməl səhər yeməyinin sirləri
Qısa müddətli qəbul (1–5 il) riski 56 faiz artırırsa, uzunmüddətli istifadə (6 ildən artıq) riski 2,2 dəfə yüksəldir. Ən həssas qrup 30–39 yaşlılardır – onlarda risk 3–5 dəfə artır. 50–59 yaş aralığında göstəricilər 2–4 dəfə, 60–69 yaş aralığında isə 40 faiz artım müşahidə olunur. 70–79 yaşlılarda risk artımı təxminən 20 faiz təşkil edir.
Alimlər hesab edirlər ki, bu artım təkcə dərmanların yan təsirləri ilə deyil, həm də xəstələrin həyat tərzi, davranış xüsusiyyətləri, həkimə gec müraciət etmələri və ürək-damar sisteminin zəifləməsi ilə əlaqəlidir.