Polislə intim münasibətdə olan müstəntiq intihar etdi

Bu gün, 00:09           
Polislə intim münasibətdə olan müstəntiq intihar etdi
Rusiya Soçi şəhərində 23 yaşlı polis müstəntiqinin intiharı ilə bağlı araşdırma hələ də nəticəsiz qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Xostinski rayonu polis şöbəsinin əməkdaşı Mariya Kloçkova 2019-cu il noyabrın 23-də xidməti otağında ölü tapılıb. Onun meyitinin yanında xidməti tapança aşkar edilib.

Müstəntiq yarımçıq qalmış vida məktubu qoyub, lakin orada öz ölümündə konkret heç kəsi günahlandırmayıb. Ölümündən yeddi həftə əvvəl Mariya şöbəsinin əməliyyatçılarından biri ilə intim əlaqədən sonra güclü qanaxma səbəbindən xəstəxanaya düşmüşdü.

İstintaq orqanları Rusiya Cinayət Məcəlləsinin 110-cu maddəsi (“İntihara çatdırma”) üzrə cinayət işi açıb.

Qurumun məlumatında qeyd olunur ki, baş verənlərin bütün halları istintaq tərəfindən tam müəyyən edilməyib. İş hələ də araşdırılır.

İstintaqın 6 ili ərzində iş “ölü nöqtədən” tərpənməyib. Kloçkovanın qohumları isə hələ də müstəntiqlərin hərəkətsizliyindən şikayətlənirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru