Arda tənqidlərin hədəfi oldu - Yerdən-yerə vurdular
Bu gün, 07:54
"Real Madrid" - "Osasuna" matçından sonra türk futbolçu Arda Gülerin oyunu tənqid edilib. Metbuat.az xəbər verir ki, “Real”ın 1-0 hesablı qələbəsi ilə yekunlaşan oyunda Arda oyuna start heyətdə başlayıb. Kilian Mbappe 51-ci dəqiqədə penaltidən fərqlənib. 90-cı dəqiqədə Arda Güleri Dani Ceballos əvəzləyib. Oyundan sonra “Real Madrid”in məşqçisi Xabi Alonso türk futbolçu barədə, “Buraya gəldiyimiz gündən Arda daha da gücləndi. Təkcə keyfiyyət baxımından deyil, həm də mövqe anlayışı və oyuna qarışması. O, ilk hissədə əla qaçışlar etdi, topa sahibliyi geri qaytardı. Ardaya əsas oyunçu olmaq üçün dəqiqələr verməyə davam etməliyik” - deyə bildirib.
İspaniyanın yüksək tirajlı AS qəzeti Arda Gülerin çıxışını tənqid edib. Xəbərdə Ardanın fiziki baxımdan hazır olmadığı irəli sürülüb.