ABŞ BCM-in dörd üzvünə qarşı sanksiya tətbiq edib

Bu gün, 00:15           
ABŞ BCM-in dörd üzvünə qarşı sanksiya tətbiq edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) araşdırmaları ilə əlaqəli olan xarici şəxslərə qarşı sanksiyalar tətbiq edib.

“Report” ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio bildirib.

“Bu gün mən Kanadadan olan Kimberli Prost, Fransadan olan Nikolya Giyu, Ficidən olan Nazhat Şamim Xan və Seneqaldan olan Mame Mandiaye Nyanqa qarşı Prezident Trampın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya verilməsi haqqında 14203 saylı Sərəncamına əsasən sanksiyalar elan edirəm. Bu şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin həmin ölkələrin razılığı olmadan ABŞ və ya İsrail vətəndaşlarının təhqiqatında, həbsində, saxlanmasında və ya mühakimə olunmasında bilavasitə iştirak etmiş xarici ölkə vətəndaşlarıdır”, - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, ABŞ BCM-in siyasiləşdirilməsinə, onun səlahiyyətlərindən sui-istifadəyə, milli suverenliyin pozulmasına və məhkəmə funksiyalarının qanunsuz genişləndirilməsinə qarşı çıxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru