Rusiya-Ermənistan arasında yeni gəlişmə: Overçuk İrəvanda

Bu gün, 00:11           
Rusiya-Ermənistan arasında yeni gəlişmə: Overçuk İrəvanda
Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda erməni həmkarı Mher Qriqoryanla görüşüb.

Bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, təkbətək söhbətdən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri müzakirə ediblər. Qriqoryan Rusiya baş nazirinin müavininə operativ reaksiyaya və Rusiya buğdasının Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Ermənistana idxalına köməyə görə təşəkkür edib.

Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi baxımından Qriqoryan və Overçuk ticarət, nəqliyyat, energetika və gömrük kimi sahələrin əhəmiyyətini qeyd ediblər. Onlar ərazi bütövlüyü, suverenlik və qarşılıqlılıq prinsipi çərçivəsində regionda kommunikasiyaların bloklanmasının zəruriliyini vurğulayıblar.

Maraqlısı budur ki, Overçuk Azərbaycan nümayəndə heyəti ilə görüşdən və Rusiyada hökumətlərarası komissiyanın iclasından öncə qəfil İrəvana səfər edib. \\Bakupost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru