İranda məşhur aktrisa saxlanılıb

18-12-2022, 00:07           
İranda məşhur aktrisa saxlanılıb
İranda məşhur aktrisa Təranə Əlidusti saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Əlidusti etirazları qızışdırmaq ittihamı ilə saxlanılıb.

Aktrisa yalan və təhrif olunmuş məlumatlar yaymaq, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.

Qeyd edək ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu ilə dünya şöhrəti qazanıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru