İran uranı 60% zənginləşdirməyə nail olub 18-12-2022, 00:09 İran uranın zənginləşdirilməsini rəsmən 60%-ə çatdığını açıqlayıb.APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib."Strateji Fəaliyyət Qanunu əsasında bu gün zənginləşməmiz rəsmən 60%-ə çatıb" -deyə B.Kamalvəndi deyib.O qeyd edib ki, davamlı və fasiləsiz tədqiqat və inkişafla yanaşı, yeni nəsil sentrifuqaların təkmilləşdirilməsi də davam edir. Facebook-da paylaş