Ukrayna Prezident Ofisi: “Rusiya ilə razılığa gələ bilmərik”
18-12-2022, 08:42
“Rusiya ilə razılığa gələ bilmərik”.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
O bildirib ki, qeyri-real planlardan danışaraq diqqəti əsas məsələdən yayındırmaq olmaz: “Rusiyanın başladığı müharibə ancaq bu dövlətin məğlubiyyəti ilə başa çatmalıdır”.
M.Podolyak, amerikalı məşhur yazıçı Ernest Hemenqueyden nümunə gətirib: “İndi biz “Salam, Silah” deyirik. Bizə lazımi qədər artilleriya, zirehli texnika, pilotsuz təyyarə və uzaqmənzilli raketlər lazımdır”.