Pakistanda “Wikipedia” qadağası ləğv edildi

8-02-2023, 12:24           
Pakistanda “Wikipedia” qadağası ləğv edildi
Pakistanda “Wikipedia” onlayn ensiklopediyasına giriş qadağası aradan qaldırılıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif müvafiq göstəriş verib.

Qeyd edək ki, fevralın 4-dən etibarən Pakistanda “Wikipedia”ya giriş bloklanıb. Buna səbəb “Wikipedia”da dinə aid əxlaqsız məzmunlu informasiyanın yerləşdirilməsi olub. Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamayıb.

Mənbə: Kommersant












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.