Şimali Koreya ABŞ-ni vura biləcək raketini nümayiş etdirib - VİDEO

20-02-2023, 12:55           
Şimali Koreya ABŞ-ni vura biləcək raketini nümayiş etdirib - VİDEO
Şimali Koreya “Hwasong-15” qitələrarası ballistik raketinin buraxılışının videosunu yayıb.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanışı çərçivəsində həyata keçirilib.

Raket 67 dəqiqə ərzində 989 km uçub və sonra Yapon dənizinə düşüb. Onun maksimal uçuş hündürlüyü 5,77 min km olub. Nəzəri cəhətdən belə bir raket ABŞ-yə çata bilər.

Raketin buraxılışı fonunda ABŞ Hərbi Hava Qüvvələri Yaponiya Hərbi Hava Qüvvələri və Cənubi Koreya Hərbi Hava Qüvvələri ilə ayrı-ayrılıqda təlimlər keçirib. Bombardmançıların müşayiət edən qırıcılar havaya qaldırılıb.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru