Borrell: “Aİ ölkələri iki il ərzində müdafiəyə əlavə 70 milyard avro xərcləyəcək”

20-02-2023, 10:38           
Borrell: “Aİ ölkələri iki il ərzində müdafiəyə əlavə 70 milyard avro xərcləyəcək”
“Yaxın iki ildə Aİ ölkələri müdafiə xərcləri üçün əlavə 70 milyard avro ayıracaq”.

Pressklub.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bəyan edib.

Münhen konfransında çıxışı zamanı Borrell deyib ki, Fransa və Polşa müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıracaq.

“Növbəti iki ildə Aİ ölkələri müdafiəyə əlavə 70 milyard avro xərcləmək niyyətindədir, yalnız Fransa müdafiə xərclərini 40%, Polşa isə ikiqat artıracaq”, – o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru