Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib

20-02-2023, 10:25           
Almaniya Ukraynadakı müharibəyə görə ötən il 100 milyard avro itirib
Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib.

"Report" "Rheinische Post"a istinadən xəbər verir ki, bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya bərabərdir.

"Bu xərclər növbəti illərdə artmağa davam edəcək", - Frasşer deyib.

O əlavə edib ki, Almaniya böhrandan xüsusilə təsirlənib, çünki ölkə Rusiya enerjisindən daha çox asılıdır, həmçinin enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan, qlobal təchizat zəncirlərindən hədsiz dərəcədə asılıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru