Pentaqon Ukraynaya 460 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb
21-02-2023, 08:24
Birləşmiş Ştatlar administrasiyası Ukraynaya daha 460 milyon dollarlıq hərbi yardım paketi göndərir.
Xarici KİV xəbər verir ki, bu barədə Pentaqonun yaydığı yazılı bəyanatda deyilir.
Buraya hava nəzarəti radarları, tank əleyhinə "Javelin" raket sistemləri və "HIMARS" reaktiv buraxılış sistemləri üçün artilleriya mərmiləri daxildir.
ABŞ dövlət katibi Entoni Blinken son hərbi yardım paketi ilə bağlı yaydığı yazılı açıqlamada ölkənin enerji sisteminin bərpası üçün Ukraynaya əlavə 10 milyon dollar ayrıldığını açıqlayıb.