Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirib

21-02-2023, 08:54           
Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısını genişləndirib
Böyük Britaniya hökuməti İrana qarşı sanksiyalar siyahısına daha 8 ad əlavə edib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qara siyahı”ya İranda üç inqilab məhkəməsinin sədri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Təqi Osanlu, Sistan və Bəlucistan əyalətlərində SEPAH komandirinin iki müavini daxildir. Sistan və Bəlucistan əyalətinin qubernatoru Məhəmməd Kərəmi və Senendej bölgəsinin rəhbəri Həsən Əsgəriyə də sanksiya tətbiq edilib.

Həmin şəxslərə qarşı məhdudiyyətlərin tətbiqi üçün əsas kimi onların yaşamaq, işgəncələrə məruz qalmamaq və ədalətli məhkəmə araşdırması hüququnun ciddi şəkildə pozulmasına dəstək vermələri, təşviq etmələri və ya bu cinayətlərdə iştirak etmələri göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru