Aİ öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib

21-02-2023, 11:38           
Aİ öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib
Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib. Bu barədə bazar ertəsi Aİ xarici işlər xidmətinin rəhbəri Josef Borrelin Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair bəyanatında bildirilir.

“Şəxsi təhlükəsizlik üçün ciddi riskə görə Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”, - mətndə deyilir.

Sənəddə vurğulanır ki, Avropa İttifaqı “İranın Aİ vətəndaşlarını və ikili vətəndaşlığı olan şəxsləri əsassız olaraq həbs etməsi praktikasını tamamilə rədd edir”.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru