İsveç kralı ürəyindən əməliyyat olunub

21-02-2023, 10:18           
İsveç kralı ürəyindən əməliyyat olunub
Bazar ertəsi İsveç kralı XVI Karl Qustav üzərində planlaşdırılmış ürək əməliyyatı keçirilib.

Bu barədə kral məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

“Əməliyyat plan üzrə keçib və kral özünü yaxşı hiss edir”, - press-relizdə deyilir.

Bundan əvvəl kralın iştirakı ilə fevralın 20-dən martın 3-dək planlaşdırılan tədbirlərin yazın sonuna qədər təxirə salındığı bildirilmişdi.

Xatırladaq ki, Karl XVI Qustav 1973-cü ildə 27 yaşında taxta çıxıb. O, artıq ölkə tarixinə ən uzun müddət hakimiyyətdə olan monarx kimi daxil olub. Konstitusiyalı monarxiya olan İsveçdə kral yalnız təmsilçilik funksiyalarına malikdir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru