AEBA rəhbəri: "Ukraynada nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət təhlükəli olaraq qalır"

22-02-2023, 00:14           
AEBA rəhbəri:
Ukraynada nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət təhlükəli və gözlənilməz olaraq qalır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rafael Qrossi tviterdə yazıb.

O, agentliyin bu istiqamətdə səylərinə verdiyi töhfəyə görə İsveç hökumətinə təşəkkür edib.

"Ukraynada bizim işimizə təcili ehtiyac var", - Qrossi qeyd edib.

Yanvarın 26-da İsveç hökuməti Ukraynada nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün 20 milyon kron (2,13 milyon dollar) ayrıldığını elan edib. Bu vəsaitlər missiyaları Ukraynanın bütün atom elektrik stansiyalarında yerləşdirilən AEBA-ya verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru