Rusiya bu ölkələrin vətəndaşlarına 6 aya qədər viza verə biləcək

22-02-2023, 09:04           
Rusiya bu ölkələrin vətəndaşlarına 6 aya qədər viza verə biləcək
Rusiya 19 ölkənin vətəndaşlarına 6 aya qədər viza verə biləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətinin təsdiq etdiyi qərara əsasən, müəyyən mehmanxana və hotel bron edən 19 ölkənin vətəndaşlarına viza rejiminin sadələşdirilməsi təmin ediləcək.

Sənədə görə, belə ölkələrin siyahısına Türkiyə, Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Koreya Xalq Demokratik Respublikası, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Filippin və Oman daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru