Rusiyada yeni kütləvi səfərbərlik? – Bu dəfə tələbələr da aparılacaq

22-02-2023, 08:46           
Rusiyada yeni kütləvi səfərbərlik? –
Döyüş meydanında ciddi itkilər verən və ilk gündən qarşısına qoyduğu məqsədlərə nail ola bilməyən Kreml yeni sərt addımlara hazırlaşır. Artıq elit qüvvələrini itirən və birinci səfərbərlik dalğası kifayət etməyən Rusiya hakimiyyəti ikinci səfərbərliyə hazırlaşır.

Pressklub.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada səfərbərliklə bağlı yeni kəşfiyyat məlumatları əldə edib. Bu məlumatlara görə, hakimiyyət əyani təhsil alan tələbələri kütləvi şəkildə səfərbər etmək niyyətindədir”.

Bildirilib ki, Rusiyada səfərbərliyin növbəti dalğası üçün hazırlıqlar görülür: “Novosibirsk Dövlət Pedaqoji Universiteti, Tomsk Politexnik Universiteti, Tomsk Dövlət Pedaqoji Universitetində artıq hazırlıqlar başlayıb”.

Məlumata görə, Rusiyada səfərbərlik aprelin 1-dən – hərbi xidmətə yaz çağırışının başlanmasından əvvəl həyata keçiriləcək və lazım gələrsə, çağırışın başlanması gecikdirilə bilər.

Qeyd edək ki, daha əvvəl Britaniya kəşfiyyatı və ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru