Çində kömür mədənində ölənlərin sayı 5-ə çatıb, 48 nəfər itkin düşüb - YENİLƏNİB
24-02-2023, 08:44
Çində açıq kömür mədəninin çökməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb, 48 nəfərin itkin düşdüyü bildirilir.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
***
10:43
Çində açıq kömür mədəninin çökməsi nəticəsində ölənlərin sayı 4-ə çatıb, 49 nəfərin itkin düşdüyü bildirilir.
APA “Reuters“ə istinadən xəbər verir ki, Daxili Monqolustan regionunda baş vermiş insident nəticəsində daha 6 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, Çin Xalq Respublikasının sədri Si Cinpinin ərazidə axtarış-xilasetmə işlərinin aparılması göstərişi verib, lakin gecə saatlarında baş vermiş ikinci sürüşmə işləri ləngidib. Baş nazir Li Keqianq isə hadisənin səbəblərinin dərhal araşdırılmasını tələb edib.
Qeyd edək ki, Daxili Monqolustan Çinin əsas kömür istehsalçısı regionudur.