Polşa Ukraynada “gizli əməliyyat” keçirib

24-02-2023, 09:54           
Polşa Ukraynada “gizli əməliyyat” keçirib
Yüzə yaxın polşalı polis istehkamçısından ibarət missiya 5 ay ərzində Ukraynada gizli fəaliyyət göstərib.

Pressklub.az xəbər verir ki, bu barədə “Wirtualna Polska” portalı məlumat yayıb.

Portalın informasiyasına görə, istehkamçılar Ukrayna tərəfinin xahişi ilə ərazilərin minalardan təmizlənməsi ilə məşğul olublar. Hazırda bütün polislər Polşaya qayıdıblar.

Qeyd edilir ki, Ukrayna Avropa İttifaqında fəaliyyət göstərən və Aİ ölkələrinin antiterror komandalarını birləşdirən ATLAS qrupu çərçivəsində yardım istəyib. Yalnız Polşa müsbət cavab verdi. Digər ölkələr öz polis əməkdaşlarını münaqişə bölgəsinə göndərməyi çox təhlükəli hesab ediblər.

“Wirtualna Polska” yazır ki, Daxili İşlər Nazirliyinin qərarı ilə yayda Ukraynaya göndəriləcək qrup yaradılıb. Qonşu ölkəyə ancaq könüllülər göndərilib. Oktyabrın əvvəlində iki təlim görmüş it və 98 nəfər ölkəni tərk edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru