İsveç Ukraynaya yardım üçün daha 50 milyon dollar ayırır

24-02-2023, 09:47           
İsveç Ukraynaya yardım üçün daha 50 milyon dollar ayırır
İsveç hökuməti Ukraynaya humanitar və enerji sahəsində kömək üçün 520 milyon kron (50 milyon dollar) ayırır.

“Report” xəbər verir ki, bu barədə İsveçin Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, 220 milyon kronun (21 milyon ABŞ dolları) humanitar yardıma, 300 milyon kronun (29 milyon ABŞ dolları) enerji fonduna yönəldilməsi planlaşdırılır.

Yardımın birinci hissəsinə dərman, ərzaq və digər zəruri əşyalar daxildir.

Hesabatda deyilib ki, enerji sektorunda Ukraynanın ehtiyacları böyükdür. İsveç hökuməti bu yardımın Ukraynanın enerji infrastrukturunun bərpasına müsbət təsir edəcəyini gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru