Aİ-dən sığınacaq istəyən gürcülərin sayı iki dəfə artıb

24-02-2023, 10:16           
Aİ-dən sığınacaq istəyən gürcülərin sayı iki dəfə artıb
2022-ci ildə 28 797 Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edib.

Aİ-nin Miqrasiya Agentliyinin məlumatına görə, bu, 2021-ci ilə nisbətən təxminən iki dəfə çoxdur.

Eyni zamanda, 26400 gürcü ilk dəfə, 2397 nəfər isə ikinci dəfə Avropa dövlətlərinə belə bir müraciət ünvanlayıb.

Aİ artıq Gürcüstan vətəndaşlarının 18 850 müraciətini baxılmaq üçün qəbul edib, lakin cəmi 468 nəfər qaçqın statusu alıb.

Bildirilib ki, hazırda müxtəlif illərdə verilmiş daha 15 328 vəsatətə baxılır.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru