ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

24-02-2023, 21:06           
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Ticarət Nazirliyi 76 Rusiya təşkilatına, 22 fiziki və 83 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, ABŞ Rusiya istehsalı olan məhsullarta yeni ixrac məhdudiyyətləri tətbiq edib.

Rusiyanın metallurgiya sektoru, dağ-mədən sənayesi ilə məşğul olan müəssisələri və bəzi bankları sanksiyalar siyahısına salınıb. Onların arasında Moskva Kredit Bankı, MTS Bank, “Uralsib”, “Zenit” və “Sankt-Peterburq” bankları da var.

Eyni zamanda Rusiyanın idman naziri Oleq Matıçin, əmək və sosial müdafiə naziri Anton Kotyakov və fövqəladə hallar naziri Aleksandr Kurenkova qarşı da sanksiyalar tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru