Zalujnı Ukrayna Ordusunun bu il Mariupolu azad edəcəyinə söz verib

25-02-2023, 09:12           
Zalujnı Ukrayna Ordusunun bu il Mariupolu azad edəcəyinə söz verib
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ordusunun 2023-cü ildə Rusiyanın işğalı altındakı Mariupol şəhərini azad edəcəyini söz verib.

“Report” xəbər verir ki, bu barədə hərbçi “Dmitri Komarovun ili” sənədli filmində danışıb.

“Müqəddəs Nikolay Günündə, düz bu masada, dörd yaşında bir oğlan, onun adı İlya idi. Əlimdən tutub məni uzaqlaşdırdı. Deyir: “Əyil, qulağına bir şey deyəcəyəm: Mariupolu dəqiq qaytaracağıq?”. Deyirəm, hə. Deyir: “Bəs nə vaxt?”. Deyirəm, bu il. Bu, ruhlandırıcıdır”, - Zalujnı bildirib.

Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmir və bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru