Yaponiyada güclü zəlzələ baş verdi

26-02-2023, 00:02           
Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiyada güclü zəlzələ baş verdi

Şənbə günü Yaponiyanın şimalında 6,1 bal gücündə zəlzələ baş verib.

Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri ən şimaldakı Hokkaydo adasında, episentri isə 6 km dərinlikdə yerləşib.

Dağıntılar və tələfatlar, sunami təhlükəsi barədə məlumat verilməyib.

Yeraltı təkanlar Hokkaydonun bütün şimal prefekturasında, həmçinin Yaponiyanın əsas Honsü adasının şimal hissəsində hiss olunub.

Yaponiyanın baş naziri Fumio Kişidanın ofisinin nəzdində zəlzələ ilə bağlı məlumatların toplanması və təhlili üçün böhran qərargahı işə başlayıb. Bu bölgədə yerləşən Yaponiya atom elektrik stansiyalarında hər hansı fövqəladə vəziyyət barədə məlumat verilməyib. \\Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru