Polşa Rusiyadan neft tədarükünü dayandırıb 26-02-2023, 09:25 Polşa Rusiya neftinin “Drujba” magistral boru kəməri ilə tədarükünü dayandırıb.“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Neft və “PKN Orlen”in baş direktoru Daniel Obaytek tviterdə bildirib.Obaytekin sözlərinə görə, neftin yalnız 10%-i Rusiyadan tədarük olunurdu və bundan sonra digər mənbələrlə əvəz olunacaq.O qeyd edib ki, bu, son illərdə Polşa tərəfindən aparılan tədarükün şaxələndirilməsi sayəsində mümkün olub. Facebook-da paylaş