MKİ rəhbəri: “Çin Rusiyaya öldürücü silahlar verməyi nəzərdən keçirir”

26-02-2023, 09:49           
MKİ rəhbəri:
“Çin hakimiyyəti Ukraynaya qarşı müharibə üçün Rusiyaya öldürücü silahların verilməsi imkanını nəzərdən keçirir. Lakin rəsmi Pekin hələlik yekun qərarını verməyib”.

"Report" xəbər verir ki, bunu “CBS News” telekanalına müsahibəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

“Biz əminik ki, Çin rəhbərliyi öldürücü silahların (Rusiyaya – red.) verilməsi imkanlarını nəzərdən keçirir”, - Börns qeyd edib.

O vurğulayıb ki, Çin belə bir qərar verməsə də, Cozef Bayden administrasiyası öz növbəsində rəsmi Pekini belə bir addımdan çəkindirməyə çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru