ABŞ-ın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub

26-02-2023, 11:08           
ABŞ-ın sualtı atom qayığı Cənubi Koreya limanına daxil olub
ABŞ-ın "Sprinqfild" tipli "Los Angeles" sualtı nüvə qayığı Cənubi Koreyanın Busan limanına gedib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okean Donanması feysbukdakı səhifəsində məlumat yayıb.

Bildirilir ki, bu, planlaşdırılmış səfərdir. “Sprinqfild” Quam adasında yerləşir və "ABŞ-ın milli təhlükəsizlik maraqları naminə dəniz təhlükəsizliyi əməliyyatları həyata keçirən Yeddinci Donanmasının məsuliyyəti zonasında fəaliyyət göstərir", - Birləşmiş Ştatlar donanması əlavə edib.

Sakit Okean Donanması, həmçinin ABŞ və Cənubi Koreya bayraqları ilə dalğalanan sualtı qayığın, eləcə də həmkarlarını qarşılayan Cənubi Koreyalı hərbçiləri əks etdirən gəlişin fotolarını yayımlayıb.

Cənubi Koreya mediası sualtı qayığın səfərini güc nümayişi və Şimali Koreyaya təxribatlardan çəkinmək xəbərdarlığı kimi şərh edib. Xüsusilə qeyd olunur ki, belə sualtı qayıqların gəlişi son dərəcə nadirdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru