Hindistan Ermənistana 255 milyon dollarlıq tank əleyhinə sistemlər ixrac edəcək?..- VİDEO
26-02-2023, 11:18
Hindistan mediasında Ermənistanın tank əleyhinə "NAG ATGM" sistemlərinin tədarükü üçün sifariş verməsindən bəhs edilir.
Moderator.az xəbər verir ki, bu haqda "@armmirotvorec" erməni teleqram-kanalı məlumat yayıb.
Xəbər buraxılışlarında nümayiş etdirilən müqavilənin məbləğinin 255 milyon ABŞ dolları olduğu bildirilir. Ermənistan hökuməti bu məlumatı, hələ ki, şərh etməyib.
Xatırladaq ki, hələ 2022-ci ilin sentyabrında Hindistan mətbuatında yayılan və həmin il noyabrın 23-də Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytının xəbərlər bölümündə də təqdim edilən məlumata görə, yaxın üç ildə həmin ölkədən Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan "ATAGS" haubitsaları tədarük ediləcək.
"Ermənistan mediasında şəninə təriflər yağdırılan 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd "ATAGS"-ın daxil edildiyi bildirilir"- sözügedən məlumatda belə deyilir.
Qeyd edilir ki, Hindistanın Ermənistana silah sistemlərinin ixracı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd "Svati" əks-artilleriya radarı tədarük edib...