İtaliya immiqrasiya ilə əlaqədar fövqəladə vəziyyət elan edib

12-04-2023, 08:44           
İtaliya immiqrasiya ilə əlaqədar fövqəladə vəziyyət elan edib
İtaliya hökuməti miqrant axını və onların qəbulu zamanı yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

Mülki müdafiə və dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə 6 ay müddətinə 5 milyon avronun ayrılmasını nəzərdə tutan qərar Nazirlər Şurasının iclasında qəbul edilib.

Belə bir addım Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının azalmasına yönəlib.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfədən çox çoxdur.

Təkcə aprelin 7-dən 10-dək Aralıq dənizində Kalabriya və Siciliya sahillərində aparılan əməliyyatlar zamanı 3 minə yaxın insan xilas edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru