ABŞ-larına səyahət bu səbəbdən BAHALAŞACAQ

Bu gün, 09:24           
ABŞ-larına səyahət bu səbəbdən BAHALAŞACAQ
ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb.
CNN xəbər verir ki, bu ölkədə turist vizası üçün müraciət rüsumu 135 faiz artaraq,185 dollardan 435 dollara yüksəlib.

Beləcə, ABŞ viza rüsumları dünyanın ən bahalı vizaları sırasına daxil olub.

Konqresin Büdcə Ofisi (CBO) yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sənayesi nümayəndələri bu rəqəmin 29 milyard dollara çatacağını bəyan ediblər.

Amma turizm sənayesi nümayəndələri yüksək viza rüsumlarının ABŞ üçün turizm gəlirlərinin 29 milyard dollara qədər azalmasına səbəb ola biləcəyindən narahatdırlar.

Onların qənaətinə görə, qlobal tədbirlərdə ABŞ-nin rəqabət qabiliyyəti zəifləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru