ABŞ, Avropanın rəhbərliyi ilə yaradılacaq sülhməramlı qüvvələrə hər cür dəstək verməyə hazırdır?

Bu gün, 09:17           
ABŞ, Avropanın rəhbərliyi ilə yaradılacaq sülhməramlı qüvvələrə hər cür dəstək verməyə hazırdır?
Son günlər Avropa paytaxtlarında hərbçilər, siyasətçilər və diplomatların əsas müzakirə mövzusu Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsidir. Bu istiqamətdə Avropa birgə plan üzərində işləyir.
Koalisiya ilkin olaraq neytral sülhməramlılar tərəfindən patrul ediləcək demilitarizasiya olunmuş zonanın yaradılmasını təklif edir. Bu olacaq birinci xətt.
Demilitarizasiya olunmuş zonanın sərhədində, ən müasir Qərb silahları ilə təchiz edilmiş Ukrayna Silahlı Qüvvələri yerləşəcək. Bu olacaq ikinci xətt.
Üçüncü xətt isə Avropanın rəhbərliyi altında fəaliyyət göstərəcək hərbi kontingentdən ibarət olacaq.
İndiyə qədər Avropa buna bənzər planlar irəli sürmüşdü, lakin bir şərtlə: ABŞ Avropanın hərbi kontingentinə havadan dəstək verməli idi. ABŞ bu təklifə biganə yanaşdığı üçün həmin planların əhəmiyyəti böyük deyildi.
Lakin Avropa liderlərinin Vaşinqtona səfərindən sonra rəsmi Vaşinqton mövqeyini dəyişmiş kimi görünür və əsas xəbər də məhz bundan ibarətdir:
ABŞ, Avropanın rəhbərliyi ilə yaradılacaq sülhməramlı qüvvələrə kəşfiyyat və müşahidə imkanları, komanda və idarəetmə vasitələri, eləcə də hava hücumundan müdafiə komponentləri təqdim edəcək.
P.S. Bir neçə gün qabaq Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal bəyan etdi ki, Türkiyənin hərbçiləri də Ukraynaya yollanmağa hazırdılar.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru