Şimali Koreya ilk dəfə müasir raketini test etdi

14-04-2023, 13:21           
Şimali Koreya ilk dəfə müasir raketini test etdi
Şimali Koreya bu günə qədər özünün "ən güclü" raketi olan yeni qitələrarası ballistik raketi sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası məlumat yayıb. Bildirilir ki, bərk yanacaqla işləyən raketin sınağı uğurlu alınıb. Məlumata görə, "Hwasong-18" bərk yanacaqlı qitələrarası ballistik raketlər ölkənin nüvə zərbəsi qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Bildirilir ki, ölkə lideri Kim Çen In sınağı həyat yoldaşı və qızı ilə birgə izləyib.

Qeyd edək ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın son sınaqlarda yeni tip ballistik raket buraxdığını bəyan etmişdi.Raket sınağından sonra Yaponiyanın Hokkaydo adasında həyəcan siqnalı verilib. Amma sınaqlar təhlükə yaratmayıb.

Bərk yanacaqla işləyən raketlər maye yanacaqla işləyən raketlərdən daha sürətli uça bilir. Bu da onları aşkar etməyi və ələ keçirməyi çətinləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru