ABŞ-ın Ukrayna planı

4-06-2023, 14:34           
ABŞ-ın Ukrayna planı
“ABŞ Ukraynadan Avropanı fəth etmək üçün istifadə edib”.

Cebhe.info xəbər verir ki, bu fikri italiyalı iqtisadçı Ciulio Palermo “l'Antidiplomatico” internet nəşrinə müsahibəsində bildirib.

Palermoya görə, hadisələrin ümumi mənzərəsində Ukrayna Amerika kapitalının və hərbi qüvvələrinin Avropada yayılması kimi uzun bir prosesin yalnız bir hissəsidir. İqtisadçı hesab edir ki, Ukraynanın maddi ehtiyatlarının məhv edilməsi ABŞ-a bərpa mərhələsində onun insan və maddi resurslarını ələ keçirmək üçün üstünlük hüququ əldə etməyə imkan verəcək.

"Bundan sonra Vaşinqton əsas məqsədini - Avropanı fəth etməyi reallaşdırmağa davam edəcək", - ekspert qeyd edib.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirmişdi ki, Ukrayna böhranının səbəbi Avropa təhlükəsizliyinin idarə olunmasında genişmiqyaslı ziddiyyətlərdir. Onun fikrincə, Ukraynadakı münaqişə qarşısını almaq mümkün olan faciə idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.