Taliban qızların məktəbə getməsini qadağan etdi

22-06-2023, 08:26           
Taliban qızların məktəbə getməsini qadağan etdi1
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarları ölkənin mərkəzində yerləşən Qəznə əyalətində qızların təhsil mərkəzlərinə daxil olmasını qadağan ediblər.
Bu barədə çərşənbə günü yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə,yeni qaydaya əməl edilmədikdə, cəza nəzərdə tutulur.

Mənbələr qeyd edir ki, Əfqanıstandan olan qadınların artıq buraxılmayacağı bəzi təhsil mərkəzlərində xarici dillər tədris olunurdu.

Qəznə əyalətində qızların təlim mərkəzlərinə getməsinə qadağa qoyulması qərarı onun rayonlarından biri olan Caqoridə də oxşar fətvanın qüvvəyə minməsindən sonra verilib.

Taliban tərəfdarları hələlik bu məlumatı şərh etməyiblər.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra orta məktəblərdə qızlar və universitetlərdə qızlar üçün dərsləri dayandırıb, universitetlərdə qadınların, o cümlədən professor-müəllim heyətinin iştirakına qadağa qoyub və bütün milli və beynəlxalq təşkilatlarda qadınların işdən çıxarılmasına göstəriş verib.

Bu qərarlar xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqid dalğasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru