Yaxın şərq böyük güclərin şahmat taxtası

Bu gün, 08:14           
Yaxın şərq böyük güclərin şahmat taxtası
I Dünya müharibəsindən qalib çıxan Antanta İttifaqının Dünyanı bölüşdürmək və müstəmləkə siyasətini genişləndirmək imkanları özünün ən yüksək həddinə çatdı.
İlk olaraq, 1920 ci illərdə Böyük Britaniya, Fransa kimi imperiyaların yaxın Şərqdə ələ keçirdiyi ərazilər mandatlıqlara bölünərək burada nüfuz dairələri və sonrakı onilliklərdə baş verəcək hadisələrə təməl daşı olacaq geopolitik siyasət formalaşdırıldı.
Onlardan biri olan Fələstin mandatı 1920 ci illərdə Böyük Britaniyanın idarəsi ilə yaradılan ərazi olmuşdur və hələ bundan 2 əsr öncə belə Qərb dünyası üçün xüsusən Qüds - Yerüsəlim şəhərinə görə mühüm dini və siyasi anlam kəsb etmişdir.
Hətta, Sultan II Əbdülhəmid (1876-1909)
Osmanlının iqtisadi və maliyyə böhranı yaşadığı vaxtda İngilislərdən belə bir təklif də almışdı
“Fələstini versəniz, Osmanlının bütün kredit və dövlət borclarını bağlarıq”
O, isə buna razı olmamış və bir müddət sonra devrilmiş, Osmanlının yıxılışı isə 1911 12 ci illər İtaliya ilə savaşda Liviyanı , 1912 13 cü illərdə isə I Balkan müharibəsi ilə sonuncu Balkan torpaqlarını da itirməsi ilə sürətləndirildi, 1914 cü ildə başlayan I Dünya müharibəsi isə onu süquta apardı.
Nəticədə Ərəbistan və Yaxın Şərqdə olan Türk mülkləri itirildi. Beləcə, İmperialist qüvvələr üçün bölgə maneəsiz daxil olunacaq əraziyə çevrildi.
1945 ci ildə II Dünya müharibəsindən sonra Holokost qurbanı olan Yəhudi Xalqının yaşaması üçün Avropadan daha sabit, sülh içində olan Fələstin torpaqları çox əlverişli ərazi sayılırdı.
Post müharibə dövründə Fələstinə köç edən Yəhudilərin sayı artmaqda davam edirdi, beləcə, bu xalqın özlərinin ölkəsi və höküməti olacaq, irqçi təşkilatların təqiblərindən canları qurtaracaqdı.
BMT tərəfindən Fələstin mandatında Ərəb Yəhudi məskənlərinin bölgüsü aparıldı və 1948 ci il 14 may İsrail dövlətinin əsası qoyuldu.
İsrail yarandığı ilk gündən Ərəb koalisiyası ilə münaqişə vəziyyətində idi.
Keçmiş Fələstin torpaqlarında yəhudilərin güclənməsi, İslamın dini şəhərlərinin qeyri müsəlman etnik qrupların nəzarətinə keçməsi ilə barışmayan ərəblər İsrailin yox etmək üçün böyük canlı qüvvə və texnika ilə 15 may 1948 ci il Tel Əvivə müharibə elan edirlər lakin, ABŞ nin yardımı ilə İsrail həmin ittifaqa aylarla davam edən döyüşlər sonrası qalib gəlmişdi.
ABŞ nə istəyirdi?
1945 ci il Faşizm üzərində qələbə qazandıqdan sonra Qərb bloku SSRİ nin güclənməsinə qarşı mübarizə üçün yeni əlavə dayaqlar axtarmağa yaxud yaratmağa başladılar hansı ki,sosializm artıq Şərqi Avropanı ideoloji cəhətdən ələ almış və Şimali Avropaya təsir etməyə başlamışdı.
İsrail vasitəsi ilə Yaxın Şərqdə SSRİ nin ekspansiyasının qarşısı alınacaqdı yəni, ABŞ Tel Əvivə hərbi və maddi yardımlar edərək onun qonşu müsəlman ölkələri üzərində hegemonluğunu təmin edəcək, digər tərəfdən isə bu ölkəni hərbi baza kimi istifadə edərək taktiki və strateji silahlar, uzaqmənzilli raketləri orada yerləşdirəcəkdi.
ABŞ və Qərb bloku təkcə İsrail deyil həm də yaxın Şərq ölkələrində daxili xaos siyasi toqquşmalar, inqilablar vasitəsi ilə də inkişaf, müasirləşməni dayandıracaqdı.
2010 cu ildən başlayan Tunis, Misir, Liviya, İraq, Suriya, Oman, Bəhreyn kimi ölkələri əhatə edən ərəb baharı demokratik sistem yaratmaq əvəzinə vəziyyəti mənfiyə doğru çevirdi.
Vətəndaş müharibələri, hərbi blokların arasında gedən silahlı münaqişələr, iqtisadiyyatın çökməsi ilə milyonlarla insan evlərini tərk edərək qaçqın düşməyə məcbur oldular onlarla bərabər beyin axını da doğma ölkələrini tərk etdi və bu dövlətlər geriyə düşdülər.
Geriyə düşmüş, beyin axını ilə ziyalı təbəqəsini itirmiş, münaqişə və böhran içində olan, bölünmüş bu ölkələri idarə etmək isə asan işə çevrildi.
Həm də ABŞ və NATO buralarda bazalar yaratmaq üçün yaxşı fürsət əldə etdilər.
Səddam Hüseyn devrildikdən sonra İraq Vaşinqtonun nəzarəti altına keçdi üstəlik, bundan illər öncə 1990 cı ildə Küveyti işğaldan azad etməyə yardımla da həm Küveytdə hərbi bazalarının işini inkişaf etdirə həm də Ərəbistan yarımadasında yeni qüvvələr cəmləşdirmək,
Digər tərəfdən isə ərəb ölkələrinə xüsusən də BƏƏ ə yüksək səviyyəli iqtisadi sərmayələr yatırmaq və ya biznes əməkdaşlığı əlaqələri qurmaq imkanı əldə etdi.
Yaxın Şərq böyük neft və qaz yataqları ehtiyatına malikdir, bu isə ABŞ üçün əsas lazım olan təbii sərvətdir.
Onu əldə etməklə həm beynəlxalq bazarlarda sataraq milyardlarla dollar həcmində gəlir əldə edə, həm də öz daxili bazarına cəlb edərək yanacaq kimi yaxud da istehsalatda istifadə edə bilər.
Hazırda İsrailin regionda ekspansiyası səbəblərindən biri də ABŞ nin əsas düşməni olan Rusiyanı Cənubi Asiyadan məhrum etmək üçün İran adlı müttəfiqinin bölgədəki for postlarını aradan qaldırmağa hesablanıb.
İran zəifləyərsə Rusiya da iqtisadi və hərbi tərəfdaşını itirərək zərbə alacaq həm də Ukrayna ilə müharibədən aldığı sanksiyaları tam şəkildə kompensasiya edə bilməyəcək.
ABŞ nin bölgədə Rusiya və İran məsələsindən başqa olan digər istəyi isə Livan, Yəmən, İraq və digər ölkələrdə özünün zəif və asılı hala saldığı Latın Amerikası ölkələri kimi idarə edə bilməsi, təbii sərvətlərini istifadə etməsidir.
İsa İsmayılov, Siyasi şərhçi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru